Baş Prokurorluğun rəhbərliyi və əməkdaşlarının Şəhidlər xiyabanını ziyarəti
20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar prokurorluq rəhbərliyi və əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər. Baş Prokurorluğun rəhbərliyi və kollektivi şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, Azərbaycanın azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər. Daha sonra Baş prokuror Kamran Əliyev "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Çəkiliş tarixi: 19 yanvar 2026
Şəkillərin sayı: 11
