Kateqoriyalar
Sırala

Baytar Elmar Vəliyev

İşğaldan azad edilən torpaqlarda iki il ərzində minaaxtaran siçovullarla işləyən Elmar Vəliyev 15 ildən çoxdur baytar olaraq fəaliyyət göstərir. Azərbaycan Dövlət Aqrar Universitetini (ADAU) bitirən Elmar Vəliyev əvvəlcə baytarlıq aptekində işləsə də, hazırda it, pişik və digər ev heyvanlarının müalicəsi ilə məşğuldur. O, Qarabağda iki ilə yaxın gəmiricilərin müayinə və müalicəsi, eyni zamanda xidməti itlərin sağlamlıq vəziyyətinə nəzarət etməklə məşğul olub. 

Çəkiliş tarixi: 12 fevral 2026
Şəkillərin sayı: 7
arrow-up