Bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə
O dövrdə sağlam rəqabət var idi. Və sağlam rəqabət üçün də şərait var idi. Həmin şəraiti yaradanlar isə musiqiyə aidiyyəti olan peşəkarlar idi. Eyni zamanda, musiqiçi də, rejissor da, şair də, klipmeykerlər də peşəkar idilər. O vaxt “mən klip çəkirəmsə, kinorejissorluğa ehtiyac yoxdur”, “mən mahnı yazıramsa, klassik musiqini bilməyimə ehtiyac yoxdur” kimi absurd anlayışlar yox idi. Yəni sənətkarlar hər şeyin bünövrəsini mükəmməl biləndən sonra işləyəcəkləri janrı seçirdilər.
Müsahibə: Oxu.az
Çəkiliş tarixi: 12 aprel 2024
Şəkillərin sayı: 14