Beynəlxalq səyyahlar Ağdərədə Gəncəsər monastırını ziyarət ediblər
Çarlz Veleyin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupu Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər monastırını ziyarət edib. Səfər zamanı qonaqlara monastırın tarixi, memarlıq xüsusiyyətləri və bölgənin zəngin mədəni irsi haqqında ətraflı məlumat verilib. Beynəlxalq səyyahlara, həmçinin monastırın tarixi və mədəni kimliyinin dəyişdirilməsinə, mənşəyinin təhrif olunmasına yönəlmiş müdaxilələr barədə danışılıb. Bildirilib ki, tarixi abidələrin qorunması, onların ilkin görkəminin və tarixi kimliyinin təhrif edilmədən gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.
Çəkiliş tarixi: 09 oktyabr 2026
Şəkillərin sayı: 12
