Beynəlxalq səyyahların Ağdam səfəri
Beynəlxalq MTP (Most Traveled People - Ən çox səyahət edən insanlar) səyahət klubunun üzvləri Qarabağa səfəri zamanı Füzuli, Şuşa, Xankəndidən sonra Ağdam şəhərinə gəliblər. Xarici səyyahlar burada Şəhidlər xiyabanını, İmarət Kompleksini, Çörək Muzeyini, Cümə məscidini ziyarət ediblər. Turistlər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.
