Beynəlxalq səyyahların Ağdam səfəri
Bir qrup beynəlxalq səyyah Ağdama səfər edib. Onlar işğal illərində Ermənistanın Ağdamda törətdikləri dağıntılar, davam edən bərpa və tikinti işləri ilə tanış olublar. Bundan əlavə, səyyahlar bərpa edilmiş Ağdam məscidini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqlara şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri də nümayiş etdirilib.
ABŞ, Böyük Britaniya, Almaniya, İsveçrə, Norveç, İsveç, Portuqaliya, Filippin, Polşa, Macarıstan və bir sıra fərqli ölkələrdən gələn beynəlxalq səyyahlar Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər.
Çəkiliş tarixi: 25 iyul 2024
Şəkillərin sayı: 26