Kateqoriyalar
Sırala

Beynəlxalq səyyahların Zəngilan səfəri

Dünyaca məşhur "Most Traveled People" klubunu təmsil edən beynəlxalq səyyahlar qrupu Azərbaycanın Zəngilan rayonuna səfər edib. Səyyahlar Zəngəzur dəhlizinin ərazisində olublar. Səfər zamanı nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsini təmin etmək məqsədi daşıyan və Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihəsi barədə məlumat verilib. Qeyd edək ki, bu gün "Most Traveled People" klubunun təsisçisi Çarlz Vilinin rəhbərlik etdiyi beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür. Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər də daxil olmaqla, 13 ölkədən 40-a yaxın şəxs var. Bu, 2021-2026-cı illər ərzində aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağa və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir. Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmaq imkanı verir.

Çəkiliş tarixi: 10 oktyabr 2026
Şəkillərin sayı: 18
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up