Bir çox yüksəklikləri fəth edən alpinist Sirxan Məmmədov
Azərbaycanlı alpinist Sirxan Məmmədov 1977-ci il Gürcüstanın Tbilisi şəhərində anadan olub. Dağçılıq fəaliyyətinə 2001-ci ildə 4243 metrlik Şahdağ zirvəsi ilə başlayıb. Daha sonra Heydər, Elbrus, Kazbek, Korjenev, İbn Sina kimi bir çox zirvələri fəth edən Sirxan Məmmədov təcrübəli alpinistlərə verilən "Qar bəbiri" mükafatına namizəddir. 2011-ci ildə Şimali Qafqazda Rus Ali Dağçılıq məktəbində "Bezingi" təlimatçılıq kurslarında iştirak edərək 3-cü dərəcəli metodist-təlimatçı adına layiq görülüb. Növbəti ildə Şimali Qafqazda "Çey" düşərgəsində "Dağlarda xilasetmə" təlimlərinə qatılıb və 282 №-li "Dağlarda xilasedici" döş nişanı ilə təltif olunub.
Çəkiliş tarixi: 07 fevral 2026
Şəkillərin sayı: 9
