Kateqoriyalar
Sırala

BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası

Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclası keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov bildirib ki, Azərbaycan 30 ildən çoxdur ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə sıx əməkdaşlıq edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər inkişaf imkanlarının yaradılması və digər istiqamətlərdə ardıcıl addımlar atır. Onun sözlərinə görə, bu tərəfdaşlıq qlobal prioritetlərin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər"lə uzlaşdırılmasına mühüm töhfə verib. Nazir müavini əlavə edib ki, BMT ilə əməkdaşlıq çərçivəsində indiyə qədər əməkdaşlığa dair 5 Çərçivə Sənədi hazırlanıb və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədi icra mərhələsinə daxil olur. 

Çəkiliş tarixi: 10 aprel 2026
Şəkillərin sayı: 20
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up