Kateqoriyalar
Sırala
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin üzvü Elgün Səfərov

Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər yaş mərhələsində malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilərlər. 11 oktyabr Beynəlxalq Qızlar günü kimi qeyd edilir. Təəssüflər olsun ki, qız uşaqları ilə bağlı ölkəmizdə də problemlər mövcuddur. Bu gün ən böyük problem isə dünyaya gələn uşaqlar arasında cins nisbətinin pozulmasıdır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 çox olacaq.

Müsahibə: Kaspi.az

Çəkiliş tarixi: 08 oktyabr 2022
Şəkillərin sayı: 10
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up