Kateqoriyalar
Sırala
Ceyhun Bayramov və Adrey Sibiqanın birgə mətbuat konfransı

Mayın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın birgə mətbuat konfransı keçirilib. Konfrans çərçivəsində Rusiya-Ukrayna münaqişəsi müzakirə edilib. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Azərbaycan Rusiya-Ukrayna arasında münaqişənin siyasi dialoq yolu ilə həllinin tərəfdarıdır, Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi barədə razılıq mühüm irəliləyişdir. Həmçinin Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qeyd edib ki, rəsmi Kiyev Rusiya ilə Ukrayna arasında münaqişənin bu il bitməsində maraqlıdır. Konfrans çərçivəsində ikitərəfli münasibətlər müzakirə edilib, Azərbaycan-Ukrayna əməkdaşlığı haqqında danışılıb. Bununla yanaşı bildirilib ki, Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək.

Çəkiliş tarixi: 25 may 2025
Şəkillərin sayı: 23
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up