Kateqoriyalar
Sırala

Ceyhun Bayramov və Mixay Popşoinin birgə mətbuat konfransı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moldovanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən Ceyhun Bayramov bildirib ki, 2026-cı ilin ikinci yarısında Azərbaycan və Moldova arasında siyasi məsləhətləşmələr keçiriləcək. Nazir Azərbaycan-Moldova əlaqələrini onilliklərə söykənən çox səmimi, açıq dostluq münasibətləri kimi səciyyələndirib. O, İran tərəfindən Naxçıvan istiqamətində edilən dron hücumları və 4 Azərbaycan vətəndaşının xəsarət alması ilə bağlı moldovalı həmkarına məlumat verdiyini qeyd edib. Mixay Popşoi isə bildirib ki, Moldova İranın pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə endirdiyi zərbələri pisləyir.

Çəkiliş tarixi: 06 mart 2026
Şəkillərin sayı: 19
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up