Kateqoriyalar
Sırala

Çinin Azərbaycandakı səfiri Lu Meyin brifinqi

Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Meyin iştirakı ilə brifinq keçirilib. Səfir brifinqdə bildirib ki, Çin Azərbaycanı milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə irəliləmək istəyində dəstəkləyir. Onun sözlərinə görə, Çinlə Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdırlar, həmçinin Qlobal Cənubun mühüm iştirakçılarıdır. Lu Mey vurğulayıb ki, Pekin qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi və iki ölkənin birgə inkişafı üçün modernləşmə imkanlarını Bakı ilə bölüşməyə hazırdır. O, Azərbaycan hökumətinə ölkə vətəndaşlarının İrandan təxliyəsində göstərdiyi köməyə görə minnətdarlığını da ifadə edib.

Çəkiliş tarixi: 13 mart 2026
Şəkillərin sayı: 8
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up