BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası çərçivəsində “Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi” üzrə yüksək səviyyəli tədbir keçirilib. Tədbirdə erkən xəbərdarlıq sistemləri üzrə tərəfdaş beynəlxalq təşkilatlar - Ümumdünya Meteorologiya Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Qlobal İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Asiya İnkişaf Bankının, müxtəlif aparıcı təşkilatların, eləcə də elmi institutların nümayəndələri iştirak edib. İclasda erkən xəbərdarlıq sisteminin əhəmiyyəti vurğulanıb, “İqlim üzrə Bakı Dialoqu Təşəbbüsü” təşviq olunub.