Dövlət Əmək Müfəttişliyi Xidmətinin ilin yekunlarına dair mətbuat konfransı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qeyd edib ki, ötən il Azərbaycanda 80 min müraciət araşdırılıb, 6897 halda əmək qanunvericiliyinin pozulması aşkar edilib. Xidmət rəisi əlavə edib ki, əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Belə ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb.
Çəkiliş tarixi: 22 yanvar 2026
Şəkillərin sayı: 12
