Kateqoriyalar
Sırala

"Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfrans

İyunun 25-i Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Azərbaycanda İnsan Hüquqları Günü”nə həsr olunmuş “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransın məqsədi dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində audit institutunun rolunun gücləndirilməsi, audit fəaliyyətinin insan hüquqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə, iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi və ictimai maraqların müdafiəsində əhəmiyyətinin qiymətləndirilməsi, habelə bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi və türk dövlətləri arasında peşəkar əməkdaşlığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsindən ibarət olub.

Çəkiliş tarixi: 25 iyun 2026
Şəkillərin sayı: 18
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up