Kateqoriyalar
Sırala

Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının birgə sammiti

Dövlət Turizm Agentliyi və Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) birgə təşkilatçılığı ilə Bakıda “PATA Hosted Buyers Summit Baku 2026” sammiti keçirilir. “Asiya-Sakit Okean regionu Azərbaycanla görüşür: Mənbə bazarından turizm destinasiyasına” mövzusuna həsr olunan tədbirdə Dövlət Turizm Agentliyinin və PATA-nın rəhbərliyi, rəsmi nümayəndələr, eləcə də Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya, Cənubi Koreya və Azərbaycanın turizm sənayesinin təmsilçiləri iştirak edirlər. Sammitdə ümumilikdə yüzə yaxın nümayəndə təmsil olunur. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu (ATB) ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və PATA-nın baş icraçı direktoru Nur Əhməd Həmid imzalayıblar. Memorandum Asiya-Sakit Okean regionunda Azərbaycan haqqında məlumatlılığın artırılmasını, ölkənin turizm imkanlarının tanıdılmasını, regionun turizm bazarlarının nümayəndələri ilə əlaqələrin genişləndirilməsini və media ilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Sənəd, həmçinin turizm sektorunun digər maraqlı tərəfləri arasında təcrübə və məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir.

Çəkiliş tarixi: 29 oktyabr 2026
Şəkillərin sayı: 18
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up