Kateqoriyalar
Sırala

FIFA U-15: Azərbaycan-İsrail oyunu

Azərbaycan millisi Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında İsrail yığmasını məğlub edib. Baş məşqçi Famil Xəlilovun rəhbərlik etdiyi komanda rəqibini 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi daha əvvəl Timor-Leste yığmasını 6:0, Andorra komandasını isə 1:0 hesabı ilə məğlub edib. Yığma Avstraliya seçməsinə 1:3 hesabı ilə uduzub. Turnirdə FIFA-ya üzv assosiasiyaları təmsil edən 189 ölkənin komandaları iştirak edir. Çempionat çərçivəsində ümumilikdə 1000-ə yaxın oyunun keçirilməsi nəzərdə tutulub. Oktyabrın 30-dək davam edəcək U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü isə Bakı Kristal Zalında baş tutacaq.

Çəkiliş tarixi: 26 oktyabr 2026
Şəkillərin sayı: 17
arrow-up