Kateqoriyalar
Sırala
Fransa kolonializminə həsr olunmuş beynəlxalq konfrans

Bakıda Fransa kolonializminə həsr olunmuş “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. Tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur. Elmi konfransda BMT-nin dekolonizasiya sahəsi üzrə təcrübəli ekspertləri, Fransanın keçmiş və hazırkı müstəmləkələrində fəaliyyət göstərən tanınmış alimlər, beynəlxalq hüquq sahəsində tanınmış mütəxəssislər, xarici ölkələrin Azərbaycanda akkreditə olunan səfirləri, eləcə də deputatlar və s. iştirak edir. Tədbirdə müstəmləkəçilik siyasətinin ağır fəsadları, kolonial dövlətlərin əsarət altında saxladıqları xalqlara münasibətdə həyata keçirtdikləri siyasət, tətbiq olunan ayrıseçkilik metodları, habelə neokolonializmin tərkib hissəsi olan tətbiq edilən siyasi, iqtisadi və mədəni məhdudiyyətlər, milli kimliyin məqsədli şəkildə itirilməsi siyasəti elmi və metodoloji yanaşmalar əsasında dərindən təhlil ediləcək.

Çəkiliş tarixi: 03 iyun 2025
Şəkillərin sayı: 27
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up