Füzuliyə növbəti köç karvanı yola salınıb
Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bakı şəhərindən 14 ailə (45 nəfər), Füzuli rayonundan üç ailə (10 nəfər), İmişli rayonundan iki ailə (altı nəfər), Lənkəran rayonundan iki ailə (beş nəfər), Salyan rayonundan bir ailə (beş nəfər), Sumqayıt şəhərindən bir ailə (dörd nəfər), Beyləqan rayonundan bir ailə (iki nəfər) olmaqla ümumilikdə 24 ailə (77 nəfər) Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən doğma yurda yola salınıb.
Reportaj: Oxu.az
Çəkiliş tarixi: 07 dekabr 2023
Şəkillərin sayı: 14