Kateqoriyalar
Sırala
Haiti yığmasına qarşı keçiriləcək yoxlama oyunundan əvvəlki mətbuat konfransı

Martın 21-də Azərbaycan millisinin Haiti yığmasına qarşı keçiriləcək yoxlama oyunundan əvvəl mətbuat konfransı baş tutub. Konfrans çərçivəsində Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş, həmçinin Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə açıqlamalar verib. Futbolçunun sözlərinə görə, yığmaya yeni dəvət alan oyunçulara əllərindən gələn köməyi göstərirlər. Bununla yanaşı, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş qeyd edib ki, meydana çıxacaq futbolçular müəyyənləşdirilib, rəqib daha çox hücum futboluna önəm versə də, məşqlər yüksək səviyyədə keçib. Fernandu Santuş bildirib ki, Haiti millisinə qalib gəlmək istəyirlər. 

Çəkiliş tarixi: 21 mart 2025
Şəkillərin sayı: 11
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up