Kateqoriyalar
Sırala

Gənc heykəltaraş Tamerlan Mirzəliyev

Heykəltaraş Tamerlan Mirzəliyev 1992-ci ildə Qobustan rayonunda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət fakültəsinin heykəltaraşlıq ixtisasında, akademik Ömər Eldarovun sinfində təhsil alıb. 2014-cü ildə “Səma Şahzadəsi” adlı diplom işini uğurla müdafiə edərək bakalavr təhsilini başa vurub. 2015-ci ildən etibarən "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruğunda heykəltaraş kimi fəaliyyətə başlayıb. 2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul edilən heykəltaraş “İlin sənətkarı” və “İlin gənci” fəxri adlarına layiq görülüb. Beynəlxalq simpoziumlarda Azərbaycanı uğurla təmsil edən Tamerlan Mirzəliyev xüsusilə “Nəsimi” əsəri ilə diqqət çəkib. Onun yaradıcılığında vətənpərvərlik mövzusu xüsusi yer tutur. O, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə çoxsaylı büst və abidələr yaradıb, bu əsərləri onların yaxınlarına, məktəb və müxtəlif müəssisələrə təqdim edib. Ümumilikdə 35 şəhidin xatirəsinə həsr olunmuş heykəltaraşlıq əsəri ərsəyə gətirib. Tərtər rayonunun Şıxarx qəsəbəsində salınmış “Vətən Bağı” parkı üçün yaratdığı “Xarı bülbül” və “Dəmir yumruq” heykəlləri isə sənətkarın milli ruhunu və yaradıcılıq gücünü əks etdirən mühüm nümunələrdəndir. Hazırda 2010-cu ildə qurduğu emalatxanada fəaliyyət göstərir və bura onun yaradıcı düşüncələrinin formalaşdığı, sakitlik və ilham tapdığı xüsusi məkandır. Tamerlan Mirzəliyev üçün heykəltaraşlıq sənət növü olmaqla yanaşı, həyat və əbədiyyət arasında qurulan mənəvi körpüdür.

Çəkiliş tarixi: 29 mart 2026
Şəkillərin sayı: 18
Fotoqraflar:
Mahir Rustamov
Mahir Rustamov
arrow-up