Gənc Tamaşaçılar Teatrının aktrisası Təhminə Məmmədova
“İnsanın mənəviyyatının formalaşmasında teatr, ədəbiyyat, muzey çox böyük rol oynayır” deyir aktrisa: “Yəni bir insanın özünü cəmiyyətdə təsdiq etməyində bunların rolu böyükdür. Teatr isə özü-özlüyündə böyük bir mədəniyyətdir. Etika, estetika, nəzakət və ən əsası isə mərhəmətli olmağı öyrədir. Bilirsiniz, valideynlər gərək uşaqları teatra gətirsinlər. Bu gün Gənc Tamaşaçılar Teatrının balaca tamaşaçısı olan sabah Musiqili Teatrın, Opera və Balet Teatrının, Akademik Dram Teatrının potensial tamaşaçısı olacaq. Zalda gördüyüm uşaqlar indi böyüyüb, özləri valideyndir, uşaqlarını teatra gətirirlər. Bir nəsil dəyişib. Mənim nənələrim, babalarım da teatra gedir, sonra da gəlib baxdıqları tamaşanı müzakirə edirdilər”.
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 26 noyabr 2022
Şəkillərin sayı: 13