Xanımların xüsusi əhəmiyyət verdiyi gözəllik prosedurları
Müasir dövrdə, xüsusən xanımlar arasında kosmetoloji prosedurlar insanların öz görünüşünə daha çox diqqət yetirməsinə imkan yaradır. Müxtəlif texnologiyalar və kosmetik vasitələr ilə dəriyə qulluq etmək, qırışları azaltmaq və üz cizgilərini daha ahəngdar göstərmək mümkündür. Ən çox müraciət olunan prosedurlar arasında lazer, botoks və dodaq dolğusu xüsusi yer tutur. Lazer proseduru artıq tüklərdən xilas olmaq, dəridəki ləkə və izləri azaltmaq üçün istifadə olunur. Bu vasitə bədənin müxtəlif hissələrində uzunmüddətli hamar görünüş yaradır. Bununla yanaşı, alın, gözətrafı və qaşarası qırışların hamar görünməsi üçün ən çox seçilən üsullardan biri botoksdur. Onun təsiri bir neçə ay davam edir və nəticəni saxlamaq üçün təkrar seanslar tələb olunur. Həmçinin dodaq dolğusu da ən çox müraciət olunan prosedurlardan biridir. Bu prosedur dodaqlara həm həcm, həm də daha gözəl forma verir. Eyni zamanda dodaq konturunu dəqiqləşdirərək simanı daha ahəngdar göstərir. Bütün bu prosedurların təhlükəsiz və effektiv olması üçün peşəkar mütəxəssislər tərəfindən icra olunmalıdır.
