Kateqoriyalar
Sırala
Əmircan qəsəbəsində yerləşən zirzəmisi insan sümükləri ilə dolu məscid

Bakının Əmircan qəsəbəsində yerləşən XIV əsrə aid Nizaməddin məscidinin zirzəmisi insan sümükləri ilə doludur. Məlumata görə, bura 1329-1330-cu illərdə Şirvanşahların hakimiyyəti dövründə tikilib. Ehtimal edilir ki, zirzəmi XIV əsrin əvvəllərinə qədər olan müharibələr və basqınlar zamanı sığınacaq kimi istifadə olunub. Lakin sonradan bu zirzəmi sərdabə kimi xidmət göstərib. Tədqiqatlar zamanı burada tabutlar və insan skeletlərinə rast gəlinib. 1920-ci ildən sonra sərdabə bağlanıb və orada dəfn qadağan olunub.

Çəkiliş tarixi: 27 yanvar 2025
Şəkillərin sayı: 31
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up