Kateqoriyalar
Sırala
Həkim-fizioterapevt və reabilitoloq Əziz Davrişov

Əziz Davrişov həm bakalavr təhsilini, həm də fizioterapiya və reabilitasiya üzrə uzmanlıq dərəcəsini Türkiyədə alıb. Bu gün ölkədə manual terapiyanın tətbiqində ən çox müraciət edilən mütəxəssislərdən biridir. Bir neçə il əvvəl elektroterapiya, ultrasəs terapiyasından geniş istifadə edilirdi. Lakin bu gün daha müasir müalicə metodlarından, Avropa və dünya ölkələrindəki kimi, yenilikçi fizioterapiyadan istifadə olunur. Bu metodlar xüsusilə bir növ cərrahi müdaxilənin qarşısını alır. Xarici ölkələrdə cərrahiyyə üsulu ilə müdaxiləyə ən son çıxış yolu kimi baxılır və həkim təyinatı üzrə həyata keçirilir. Təəssüf ki, bizdə insanlar bel, kürək, boyun, disk yırtığı (qrıja) problemlərində elə birinci cərraha müraciət edib, əməliyyat olunmaq istədiklərini deyirlər.

Reportaj: Oxu.az

 

Çəkiliş tarixi: 08 sentyabr 2022
Şəkillərin sayı: 15
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up