Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub
Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin binası Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb. İşıqlandırma Özbəkistan Respublikasının sentyabrın 1-də qeyd olunan Müstəqillik Günü münasibətilə həyata keçirilib. Heydər Əliyev Mərkəzinin binasında Özbəkistan bayrağının rənglərinin əks olunması iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirilir.
Çəkiliş tarixi: 01 sentyabr 2026
Şəkillərin sayı: 14

