Kateqoriyalar
Sırala

Heykəltaraş, rəssam Ömər Eldarov

Akademik Ömər Eldarov 1927-ci ildə Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini bitirdikdən sonra Leninqraddakı İ.Repin adına Rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirən Ömər Eldarov 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında Xurşidbanu Natəvanın, Məhəmməd Füzulinin, Hüseyn Cavidin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəllərini, Ulu Öndər Heydər Əliyevin, Üzeyir Hacıbəylinin, Səttar Bəhlulzadənin, Süleyman Rəhimovun, Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar.

Çəkiliş tarixi: 27 iyun 2026
Şəkillərin sayı: 12
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up