Kateqoriyalar
Sırala

İçərişəhərdə keçirilən Zeytun Festivalı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Zeytun Festivalı keçirilir. Tədbirin əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir. Festival çərçivəsində zəngin yarmarka proqramı, konsertlər, rəssamların açıq hava plenəri, həmçinin sərgilər təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov iştirak edərək təqdim olunan məhsullarla yaxından tanış olublar. İçərişəhərin özünəməxsus ab-havasında keçirilən bu festival yerli sənətkarların, rəssamların və musiqiçilərin iştirakı ilə birgə ənənə və müasirliyin vəhdətini nümayiş etdirir. Bundan əlavə, festival çərçivəsində uşaqlar üçün də xüsusi əyləncə proqramları təşkil olunub. 

Çəkiliş tarixi: 01 noyabr 2025
Şəkillərin sayı: 28
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up