İçərişəhərdə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Bəylər məscidi
1895-ci ildə inşa olunan Bəylər məscidi yerli əhəmiyyətli tarixi-memarlıq abidəsidir. Bu sənət incisi Bakının məşhur bəylərinin sifarişi ilə tikildiyi üçün bu adı qazanmışdır. İçərişəhər ərazisində tikilən sonuncu məscid zalın böyüklüyü və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Ziyarətçilər burada 73 ədəd Qurani - Kərim, 7 ədəd dini kitab, 19 ədəd dini atributla, ümumilikdə isə 99 ədəd eksponat ilə tanış ola bilərlər. Qədim Dərbənd şəhərinin məscidinə aid olan və məscidin axundu tərəfindən divara hörülərək yanğından hifz olunan Quran kitabının vərəqləri diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanmış müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilmişdir.
Çəkiliş tarixi: 23 aprel 2023
Şəkillərin sayı: 62