Kateqoriyalar
Sırala

III Şuşa Qlobal Media Forumunun iştirakçılarının Ağdam rayonuna səfəri

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam şəhərinə gəliblər. Qonaqlar Ağdam Sənaye Parkını ziyarət edib, həmçinin parkın rezidentlərindən birinin fəaliyyəti ilə tanış olublar. Bununla yanaşı, forumun iştirakçıları Ağdam şəhərindəki İmarət Saray Kompleksində olublar. Qonaqlar Qarabağın zəngin mədəni irsi, xüsusən də qədim Ağdam şəhərinin tarixi ilə yaxından tanış olub, həmçinin rayonda fəal şəkildə aparılan bərpa işlərinin miqyasını şəxsən qiymətləndirmək imkanı əldə ediblər. Forumun mədəni-informasiya proqramı çərçivəsində tədbir iştirakçıları Ağdam şəhərindəki dəmir yolu və avtovağzal kompleksində olublar. Qonaqlara Bərdə-Ağdam dəmir yolu xətti layihəsi, eləcə də Bərdə-Ağdam-Xankəndi dəmir yolunun bir hissəsinin tikintisi ilə bağlı planlar barədə məlumat verilib. Forumun iştirakçıları həmçinin genişmiqyaslı bərpa və tikinti işləri davam edən Ağdam rayonunun Xıdırlı kəndinə səfər ediblər. Qonaqlara kəndin bərpasının birinci mərhələsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib.

Çəkiliş tarixi: 20 iyul 2025
Şəkillərin sayı: 36
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up