İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanma prosesinin müşahidəsi
Media nümayəndələri “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesi”ni müşahidə ediblər. Burada bildirilib ki, imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirilib. Həmçinin markerlər martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıb.
Çəkiliş tarixi: 08 aprel 2025
Şəkillərin sayı: 22