Kateqoriyalar
Sırala

"İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" tədbiri

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbir keçirilir. Tədbirin əsas məqsədi dövlət orqanlarında informasiya təhlükəsizliyi risklərinin sistemli və effektiv idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi, mövcud təhdidlərə qarşı vahid yanaşmanın formalaşdırılması və risklərin uçotu prosesinin praktik tətbiq mexanizmlərinin təqdim edilməsidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov tədbirdə bildirib ki, Azərbaycanda "Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Onun sözlərinə görə, bu sənəd dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikası və vahid yanaşmanın tətbiqi üçün unikal mexanizmi özündə ehtiva edir. Baş idarə rəisi qeyd edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Təhdidlər və Həllər Kataloqu" hazırlayıb. Kataloq risklərin müəyyənləşdirilməsi, kateqoriyalar üzrə qruplaşdırılması, eləcə də müəyyən edilmiş informasiya təhlükəsizliyi risklərinin aradan qaldırılması yollarının mərkəzləşdirilmiş formada dövlət qurumlarına təqdim edilməsi üçün yaradılıb.

Çəkiliş tarixi: 27 fevral 2026
Şəkillərin sayı: 30
Fotoqraflar:
Rufat Mikayilov
Rufat Mikayilov
arrow-up