Kamera və Orqan Musiqisi Zalında şam işığında balet axşamı
2 500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixə malik möhtəşəm Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində “Şam işığında balet axşamı” konserti keçirilb. Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunan konsert dünya kinosunun və müasir klassik musiqinin görkəmli bəstəkarları Hans Zimmer, Ludovico Einaudi, Ennio Morricone və digər məşhur bəstəkarların əsərlərinə həsr edilib. Şamların yaratdığı sehrli atmosferdə səslənən musiqilər dinləyicilərə unudulmaz sənət axşamı yaşadıb.
Çəkiliş tarixi: 20 noyabr 2026
Şəkillərin sayı: 22
