Kateqoriyalar
Sırala
Qələmlə çəkdiyi qeyri-adi rəsmləri və əl işləri ilə fərqlənən rəssam Fərid Quliyev

50 yaşlı Fərid Quliyev 2001-ci ildən cərrah olaraq çalışır. Onun işindən əlavə, ən sevdiyi məşğuliyyət rəssamlıqdır. O deyir ki, uşaqlıqdan rəsmə böyük marağı olduğu üçün 3-cü sinifdə oxuyarkən orta məktəblə paralel incəsənət məktəbinə daxil olub və 8 il orada təhsil alıb. Fərid Quliyevin sözlərinə görə, rəsmxət onun həyatı, hətta ilk peşəsidir, o özünü bunsuz təsəvvür edə bilmir. Öz dünyagörüşünü kağızda, taxtada əks etdirmək onu xoşbəxt edir. Boya ilə rəsm çəkməyi bacarsa da, bunu o qədər də sevməyən Fərid Quliyevin rəsmlərinin fərqi ondadır ki, o, bütün rəsmlərini qələmlə çəkir. O deyir ki, sadə karandaş ilə rəsm çəkən rəssam onu istədiyi vaxt pozub dəyişə bilər, Fərid Quliyevin rəsmlərində isə bu mümkün deyil. Onun sözlərinə görə, hər hansı bir rəsmi çəkməyə başlayanda onun sonunun necə olacağını heç özü də bilmir. Rəsm getdikcə formalaşır və sonda fərqli bir əsər ərsəyə gəlir. Hazırda cərrah kimi çalışan rəssam, bundan əlavə taxta üzərinə ovma rəsm işi və müxtəlif kitabların illüstrasiyası ilə də məşğuldur.

Çəkiliş tarixi: 07 mart 2025
Şəkillərin sayı: 27
Fotoqraflar:
Tapdiq Abdullayev
Tapdiq Abdullayev
arrow-up