Kibertəhlükəsizlik üzrə ekspert Berna Baysal
İnternetlə tanış olduqdan sonra məlumatlar hər kəs üçün əlçatan oldu. Təbii ki, hamı xoşniyyətli deyil. Fərqli yollardan istifadə etməklə açıqda olan sistemləri ələ keçirib, o sistemlər vasitəsilə öz mesajlarını vermək istəyən pis niyyətli insanlar meydana gəldi. Bəziləri bu açıqlıqdan maliyyə əldə etmək, bəziləri məlumat toplamaq, digərləri isə zərər vermək üçün istifadə etdi. Bu problemlər kibertəhlükəsizlik məsələlərini aktuallaşdırdı. Biz necə banklarda, kassalarda pullarımızı saxlayıb, qorumağa çalışırıqsa, şəbəkəyə qoşulmuş cihazlarda da məxfi məlumatlarımız olur. Bunlara istiqamətlənən hücumların qorunması ilə bağlı görüləcək tədbirlərə kibertəhlükəsizlik deyirik.
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 04 mart 2023
Şəkillərin sayı: 11