XIX əsrə aid Ali Mələk Mikayıl kilsəsi
Bakı şəhərinin dini və tarixi irsində xüsusi yer tutan Ali Mələk Mikayıl kilsəsi XIX əsrin 40-cı illərində tikilmiş ibadət məkanlarındandır. Rus pravoslav ənənələrinə uyğun fəaliyyət göstərən bu kilsə Bakı yeparxiyasına daxildir. Pskov memarlıq məktəbinin elementlərini daşıyan tikili həm xarici görünüşü, həm də daxili plan quruluşu ilə diqqət çəkir. Məbəd kompleksinin tərkibində Apostol Varfolomeyin şərəfinə həsr olunmuş əlavə ibadət zalı da yer alır. Son illərdə aparılan əsaslı bərpa işləri nəticəsində kilsə yenidən öz ilkin görkəminə qaytarılıb və hazırda burada pravoslav icması üçün mütəmadi dini mərasimlər təşkil olunur.
Çəkiliş tarixi: 13 yanvar 2026
Şəkillərin sayı: 29
