Kinorejissor, ssenarist, aktyor, Əməkdar incəsənət xadimi Yavər Rzayev
Kinorejissor, ssenarist, aktyor, Əməkdar incəsənət xadimi Yavər Rzayev bildirib ki, “Sarı gəlin”dən sonra onun başına çox iş gəlib: "Yeddi il film çəkmədim. İndi onları xatırlamaq ağırdır. Mən həmişə deyirəm ki, 90-cı illər Azərbaycan kinosunun eniş dövrüdür. Amma Həsən Seyidbəylinin, Arif Babayevin filmləri o zaman dəyərli festivallara çıxa bilsəydi, nələr qazanmazdı... Bu filmlərdə hadisələr gözəl idi. “Sən niyə susursan?”, “Telefonçu qız”... İtalyan neorealizminə bənzəyən əhvalatlardır. Kino ədəbiyyata qayıtmalıdır. Ona görə də mən həmişə deyirəm: əvvəlcə ssenarini qəbul edin. Bu, çox ciddi məsələdir. “Oskar” alan filmlərin hamısı romanlar əsasında çəkilən filmlərdir. Əsas əhvalatdır, ssenaridir".
Müsahibə: Kaspi.az
Çəkiliş tarixi: 04 avqust 2024
Şəkillərin sayı: 12