Kateqoriyalar
Sırala
“Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” mövzusunda tədbir

Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) ikinci günündə Yaşıl Zonada "Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti" adlı tədbir keçirilib. Tədbirdə iqlim təsirlərinin azaldılmasını idarə edən müəssisələrin mühüm rolu və onların qlobal xalis sıfır məqsədlərinə uyğunlaşdırılması diqqətə çatdırılıb. Tədbirdə BMT-nin Qlobal Sazişinin Azərbaycan üzrə ölkə rəhbəri Samir Məmmədov, ABB-nin idarə heyətinin sədr müavini Taleh Tahirli, "Spiro"nun həmsədri Kauşik Burman, "Qarabağ" FK-nun prezidenti Tahir Gözəl, "Deloitte" şirkətinin "Green Space Tech" təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres çıxış etdiblər. Çıxışlar zamanı onlar korporativ dayanıqlılıq təcrübələrinin qlobal iqlim səylərini necə əhəmiyyətli dərəcədə sürətləndirə biləcəyindən danışıblar.

Çəkiliş tarixi: 12 noyabr 2024
Şəkillərin sayı: 13
Fotoqraflar:
Arif Guluzade
Arif Guluzade
arrow-up