Leninqrad blokadasının canlı şahidi Nonna Əfəndiyeva
1941-ci il sentyabrın 8-də alman və fin qoşunları Rusiyanın hazırda Sankt-Peterburq kimi tanınan Leninqrad şəhərini mühasirəyə aldılar. 872 gün davam edən blokada zamanı bir milyona yaxın insan, o cümlədən 600 mindən çoxu aclıqdan öldü. 91 yaşlı Nonna Əfəndiyeva ovaxtkı Leninqradda anadan olub və bu dəhşətli hadisələrin şahidi olub. O, Leninqrad blokadasından sağ çıxan və hazırda Azərbaycanda yaşayan beş nəfərdən biridir. Son illər N.Əfəndiyeva müsahibə verməkdən imtina edib, çünki onun üçün İkinci Dünya Müharibəsi illərini xatırlamaq son dərəcə çətindir. Lakin buna baxmayaraq, bu dəfə o, həmin dəhşətli günlər və Azərbaycana köçməsi barədə Media.Az-a danışmağa razılaşıb.
Müsahibə: Media.az
Çəkiliş tarixi: 08 may 2023
Şəkillərin sayı: 30