Kateqoriyalar
Sırala
Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur. 105 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində, Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Müsahibə: Oxu.az

Çəkiliş tarixi: 28 may 2023
Şəkillərin sayı: 20
Fotoqraflar:
Ramil Yunus
Ramil Yunus
arrow-up