Kateqoriyalar
Sırala
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində anadan olub. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirib. Yaradıcılığa 1988-ci ildə Azərbaycan Dövlət Akademik  Milli Dram Teatrında başlayıb. 1991-ci ildən teatrda, daha sonra kinostudiyada fəaliyyətə başlayıb, sonralar Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Daha sonra televiziya filmləri, bədii televiziya filmləri, televiziya tamaşaları çəkib. 2018-ci ildən Azərbaycan Dövlət Yuğ Teatrında  Baş rejissor, 2022-ci ildən Gənc Tamaşaçılar Teatrında Baş rejissor vəzifəsində  çalışıb. 2023-cü ilin may ayında Azərbaycan Dövlət  Akademik Milli Dram Teatrının Bədii rəhbəri vəzifəsinə təyin edilib.

Müsahibə: Oxu.az

Çəkiliş tarixi: 27 mart 2025
Şəkillərin sayı: 11
Fotoqraflar:
Ajdar Ibrahimov
Ajdar Ibrahimov
arrow-up