Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin media üçün brifinqi
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) media üçün brifinqi keçirilib. Brifinqdə çıxış edən Agentliyin direktoru Eşqi Bağırov bildirib ki, şagirdlərin 1-ci sinifə elektron qəbulu mayın 1-də başlayır, valideynlərin məktəb seçimi isə mayın 6-da başlayacaq. Onun sözlərinə görə, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib. O bildirib ki, bu ildən etibarən, attestatlar elektron formada təqdim olunacaq və şagirdlər attestatlarını istənilən vaxt onlayn formada əldə edə biləcəklər. Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanları barədə də məlumat verən Eşqi Bağırov bu il imtahanların iyulun 1-8-də keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Çəkiliş tarixi: 28 aprel 2026
Şəkillərin sayı: 9
