Kateqoriyalar
Sırala
Mərkəzi Nəbatat bağına təşkil edilmiş mediatur

Mərkəzi Nəbatat Bağında 40-a yaxın qeyri-qanuni ictimai iaşə obyekti, avtomobil təmiri sexi və digər tikililər sökülüb. Aparılan yenidənqurma işləri nəticəsində “Şəki” və “Qəbələ” restoranlarının yerində bağın geniş giriş kompleksi tikilir. Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanovun məlumatına əsasən Mərkəzi Nəbatat Bağının təkcə girişində deyil, içərisində də geniş tikinti-quruculuq işləri aparılır. Bağda iri bir ərazini əhatə edəcək göl salınır və yanaşı olaraq insanların istirahəti üçün amfiteatrın inşası nəzərdə tutulur. Həmçinin, ərazidə uşaqların istirahəti üçün meydança, oyun guşələri də salınacaq.

Reportaj: Oxu.az

Çəkiliş tarixi: 05 may 2023
Şəkillərin sayı: 21
Fotoqraflar:
Ahmad Hatamzada
Ahmad Hatamzada
arrow-up