Mərkəzi Seçki Komissiyasında keçirilən növbəti iclas
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclas çərçivəsində yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb. Qeyd edilib ki, müraciətlərdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsi üzrə 19, 24 və 52 saylı seçki məntəqələri ilə əlaqədar olub. Müraciətlə əlaqədar təqdim edilən seçki protokollarında məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verilib. Müraciəti edən namizədlə isə sonradan əlaqə saxlamaq mümkün olmayıb. MSK müraciəti əsasız sayıb. Eyni zamanda müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.
Tədbir: Oxu.az
Çəkiliş tarixi: 08 fevral 2025
Şəkillərin sayı: 14