Mətbuat Şurasının sədri Rəşad Məcid
Rəşad Məcid 1964-cü ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1981-ci ildə Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi, 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985–1990-cı illərdə “Elm və həyat” jurnalında çalışaraq jurnalist fəaliyyətinə başlayıb. 1992-ci ildə “525‑ci qəzet”i təsis edib və 1995-ci ildən baş redaktorudur. 2021-ci ilin iyulundan Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir. 2022‑ci ildə isə Mətbuat Şurasının sədri seçilib.
Çəkiliş tarixi: 31 may 2025
Şəkillərin sayı: 8
