Metronun "Nərimanov" stansiyasının keçidlərində keçirilən "Qarabağın dirçəlişi" sərgisi
Bakı Metropoliteninin “Nərimanov” stansiyasının keçidlərində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın dirçəlişi” adlı sərgi təşkil olunacaq. Sərgidə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, bölgənin sosial-iqtisadi inkişafı, tarixi və mədəni irsinin qorunması istiqamətində həyata keçirilən layihələr əks etdiriləcək. Tədbir çərçivəsində Qarabağ Dirçəliş Fondunun rəsmi nümayəndələri media mənsublarına açıqlamalar verəcək, Fondun fəaliyyəti və Qarabağın dirçəlişi istiqamətində görülən işlər barədə məlumat təqdim edəcəklər.
Çəkiliş tarixi: 05 noyabr 2026
Şəkillərin sayı: 5
