Meyxanaçı Ağakərimin dəfn mərasimi
Dekabrın 19-da vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağa qəsəbəsində yerləşən Seyidlər qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində mərhumun yaxınları, dostları, ailəsi, sənət yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 2017-ci ilin martında meyxanaçı Ağakərimin beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb və o, 61 yaşında uzun sürən xəstəlikdən vəfat edib. Kərim Novruzov 1964-cü ildə Maştağada anadan olub. 1993-cü ildə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.
Çəkiliş tarixi: 20 dekabr 2025
Şəkillərin sayı: 17
