Kateqoriyalar
Sırala
Mürdəşir Nizami Əsgərov

Mənim bibim Təzə Pir məscidində mürdəşir kimi çalışırdı. Mən onun yanında qalırdım ki, darıxmasın, tək qalmasın. O dövrdə orada Qulamhüseyn adlı yaşlı kişi çalışırdı. Yaşı çox olduğu üçün səhhətində problemlər olurdu, bəzən işə gələ bilmirdi. Mən də orada olduğum üçün məni öyrətməyə başladılar ki, mən də işlərin qulpundan yapışım. Mənə məcburən axundlar şəriət qaydalarını öyrətməyə başladılar. O vaxt hər şey imtahanla olurdu. Məni də imtahan etdikdən, şəriət qaydalarını tam düzgün öyrəndiyimə əmin olduqdan sonra cənazələrlə tək işləməyə icazə verdilər.

Müsahibə: Oxu.az

Çəkiliş tarixi: 21 yanvar 2023
Şəkillərin sayı: 7
Fotoqraflar:
Sabir Mammadov
Sabir Mammadov
arrow-up