Kateqoriyalar
Sırala
Musiqi alətləri ustası Musa Yaqubov

Yaqubov Musa Səməd oğlu 1964-cü ildə fevralın 9-da Füzuli şəhərində anadan olmuşdur. O, 1971-1981-ci illərdə Nəsimi adına orta məktəbdə təhsil almış, 1981-ci ildə isə peşə məktəbinə daxil olmuşdur. Daha sonra 1984-1993-cü illərdə Əhaliyə Məişət xidmətində musiqi alətləri ustası vəzifəsində çalışmış, 1994-1999-cu illərdə Bakı şəhərində İncəsənət Gimnaziyasında milli musiqi alətlərinin bərpası üzrə şagirdlərə dərs demişdir. O, 2002-2015-ci illərdə Azərbaycan Milli Konservatoriyasında milli musiqi alətlərinin ustası vəzifəsində çalışmışdır. Musa Yaqubov artıq 45 ildən çoxdur ki, musiqi alətlərinin bərpası və emalı ilə məşğuldur. O, babasından miras qalan bu sənəti hazırda öz fərdi emalatxanasında davam etdirir.

Çəkiliş tarixi: 06 aprel 2025
Şəkillərin sayı: 24
arrow-up